Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xalqın iradəsindən güc alan böyük siyasət

Xalqın iradəsindən güc alan böyük siyasət


Bu gün Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlərin arxasında uzaqgörən və qətiyyətli bir liderin – Prezident İlham Əliyevin iradəsi dayanır. Onun həyata keçirdiyi siyasət təkcə ölkəmizin inkişafını təmin etmir, eyni zamanda xalqın milli maraqlarını, rifahını və təhlükəsizliyini hər şeydən üstün tutur. Bu siyasətin təməlində güclü dövlət, firavan cəmiyyət və ədalətli idarəçilik prinsipləri dayanır.

Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, onun qəlbi Azərbaycan xalqı ilə döyünür. Bu sözlər təkcə bir siyasi bəyanat deyil, gerçək fəaliyyətinin əsas qayəsidir. O, daim xalqın içindədir, insanların qayğılarını dinləyir, problemlərin həlli üçün sürətli və təsirli addımlar atır. Onun rəhbərliyi altında Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq arenada nüfuzu artıb, iqtisadi gücü və hərbi qüdrəti əhəmiyyətli dərəcədə möhkəmlənib.
Tarixi ədalətin bərpası – Qarabağın işğaldan azad edilməsi məhz Prezident İlham Əliyevin qətiyyəti, müdrikliyi və dəmir iradəsinin nəticəsidir. 2020-ci ilin Vətən müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycan xalqının birliyi və liderinə olan sonsuz inamının bariz nümunəsi oldu. Xalq-dövlət birliyi, milli həmrəylik və güclü rəhbərlik bizi bu qələbəyə apardı.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri aparılır. Prezident İlham Əliyev azad edilmiş şəhərlərə və kəndlərə tez-tez səfərlər edir, yenidənqurma işlərinə şəxsən nəzarət edir. Bu, liderin xalqına və torpağına olan böyük sevgisinin, sarsılmaz iradəsinin və dövlətçilik prinsipinə sadiqliyinin sübutudur.
Prezident İlham Əliyevin siyasəti müasir Azərbaycanın qüdrətini və xalqın rifahını təmin edən böyük bir strateji yol xəritəsidir. Onun qətiyyətli addımları sayəsində Azərbaycan təkcə regionda deyil, dünya miqyasında nüfuzlu və hörmət olunan bir dövlətə çevrilib.

Biz inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı illərdə daha böyük zəfərlərə və nailiyyətlərə imza atacaq. Çünki bu siyasətin dayağı xalqın sevgisi və dəstəyidir, onun mayası isə ədalət, güc və müasir dövlətçilik prinsipləridir!

Azər Yadigaroğlu
Xəbəri paylaş