Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Türkiyə Böyük Millət Məclisinin İqdır millət vəkili Cantürk Alagöz və USHAŞ-ın İdarə Heyətinin sədri Behlul Ünverlə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanla Türkiyə arasındakı dostluq-qardaşlıq münasibətlərinin tarixi keçmişi, bu günü və gələcək inkişaf perspektivlərindən danışılıb.
Görüşdə həmçinin iki ölkə arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın təkmilləşdirilməsi imkanları müzakirə olunub.
Süleyman