Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya prezidenti Türkiyəyə gəlir

Almaniya prezidenti Türkiyəyə gəlir


Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə səfər edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İnfprmasiya və Kommunikasiya üzrə direktoru Fahrettin Altun məlumat verib.

Bildirib ki, səfər çərçivəsində keçiriləcək danışıqlarda Türkiyə-Almaniya əlaqələrinin bütün aspektləri, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq, müzakirə olunacaq.

Frank-Valter Ştaynmayerin sabah Ankaraya gələcəyi və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi açıqlanıb.

Görüşdə Türkiyə-Avropa İttifaqı münasibətləri və aktual regional məsələlər ətrafında fikir mübadiləsinin aparılacağı da nəzərdə tutulur.

Anar Əliyev
Xəbəri paylaş