Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın iki gündə güclü külək əsəcək -XƏBƏRDARLIQ

Yaxın iki gündə güclü külək əsəcək


Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 5-6-da güclü külək əsəcək.

Newscenter.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara, Yardımlıda şimal-qərb küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu da sarı xəbərdarlığa uyğundur.

Anar Əliyev
Xəbəri paylaş