Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Ukrayna arasında yaxın perspektivdə sülh olmayacaq

Rusiya və Ukrayna arasında yaxın perspektivdə sülh olmayacaq


"Donald Tramp Ukraynaya hərbi yardımları bərpa edib. O, yardımları dayandırmağa cəhd etməsinə baxmayaraq ABŞ-ın oturuşmuş sistemi buna imkan vermədi. ABŞ administrasiyasının Kiyevə kifayət qədər maliyyə və hərbi yardımlar etməsi gözlənilir. D.Tramp bu yardımları Ukraynadan əlvan metallar alacağı ilə əsaslandırdı".

Newscenter.az
xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya və Ukrayna arasında yaxın perspektivdə sülh müqaviləsi bağlanması gözlənilmir:

"Rusiyanın D. Trampın şərti ilə atəşkəsə və sülh müqaviləsinə getməsi sual altındadır. Ona görə də D. Tramp Ukraynaya hərbi yardımları artırmaqla Rusiyanı sülh danışıqlarına məcbur edə bilər. Rusiya tutduğu əraziləri əldə saxlamaqla və NATO-nun 1997-ci il sərhədlərinə çəkilməsi şərti ilə sülhə razıdır. Kremlin bu təklifi Qərbin təhlükəsizlik arxitekturasının dağılması deməkdir".

Politoloq hesab edir ki, ABŞ Ukraynanı Rusiyaya güzəştə gedərsə, NATO parçalanması və Vaşinqtonun beynəlxalq aktor kimi mövqeyi iflas olar:

"Həmçinin Çinin Tayvana hərbi müdaxiləsinə gətirib çıxara bilər. Çinin Tayvana hərbi müdaxiləsi isə, üçüncü dünya müharibəsinin başlaması deməkdir. ABŞ, Ukrayna ilə bağlı Kremlin şərtləri ilə sülhə getməsi mümkün deyil".

Süleyman
Xəbəri paylaş