2025-ci il fevralın 5-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonundakı 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Deputat görüşdə seçicilərin müraciətlərini dinləyib, onlara lazımi tövsiyələr verilib və onları maraqlandıran sualları cavablandırıb. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.
Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov iştirak edib.
Süleyman