Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Monqolustan XİN-ləri arasında ikinci siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Monqolustan XİN-ləri arasında ikinci siyasi məsləhətləşmələr keçirilib


Azərbaycan və Monqolustan Xarici İşlər nazirlikləri arasında ikinci siyasi məsləhətləşmələr keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası 3-5 fevral tarixində Monqolustanda səfərdə olub.

Səfər zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Monqolustanın xarici işlər naziri xanım Batmunx Battsetseq, yol və nəqliyyat naziri Delqersixan Borxuu, Monqolustan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Odbayar Erdenetsoqt ilə görüşüb.

Görüşlərdə Monqolustan tərəfi Azərbaycan hökumət missiyasını yüksək qiymətləndirib və hər iki tərəf üçün maraq doğuran, o cümlədən yüksək səviyyəli səfərlərin mübadiləsi, sərmayə, logistika imkanları, yaşıl enerji, humanitar və digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Azərbaycanın Xarici İşlər və Monqolustan Xarici İşlər nazirlikləri arasında ikinci siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Monqolustan xarici işlər nazirliyinin dövlət katibi Munxtşiq Lxanajav rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı ikitərəfli və çoxtərəfli siyasi əlaqələrin genişləndirilməsi, yüksək səviyyəli səfərlər mübadiləsi, həmçinin beynəlxalq təşkilatlar, müqavilə-hüquq, iqtisadi-ticarət, energetika, mədənçilik, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Hökumət missiyasının üzvləri olan Azərbaycanın İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı, Müdafiə Sənayesi nazirlikləri, "AzərGold"un nümayəndələri üçün Monqolustanın müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri ilə görüşləri təşkil edilib.

Azərbaycan nümayəndələri üçün bir neçə sahələrdə investisiya imkanları barədə ətraflı təqdimatlar edilib, müxtəlif sahələri əhatə edən əməkdaşlıq perspektivləri haqqında məzmunlu müzakirələr aparılıb.

Səfər zamanı missiya üzvləri üçün bir sıra sənaye zonalarına turlar da təşkil edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş