Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Audiovizual Şura televiziya proqramlarının janr üzrə statistikasını təhlil edib

Audiovizual Şura televiziya proqramlarının janr üzrə statistikasını təhlil edib


Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü il ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanmışdır.

Newscenter.az-a qurumdan bildirilib ki, statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olmuşdur:

23,4% - informasiya və analitik proqramlar
16,0% - idman proqramları
14,1% - reklam məzmunlu materiallar
13,5% - musiqi və əyləncəli proqramlar
12,8% - bədii filmlər və seriallar
8,7% - mədəni-maarif janrında proqramlar
3,3% - anonslar və elanlar
3,1% - sənədli film və materiallar
2,8% - sosial proqramlar
1,2% - uşaq proqramları və cizgi filmləri
1,1% - sosial çarxlar
Hər bir televiziya kanalının proqramlarının janr üzrə statistikası ilə əlavə olunmuş fotoslaydlarda tanış olmaq olar.

Süleyman
Xəbəri paylaş