
"Tramp Rusiya ilə bazarlıq edir ki, Ukrayna qarşılığında Çinə qarşı iqdisadi mübarizəyə qoşul. Ancaq bir şeyi hesablayaq ki, ölkənin Uzaq Şərq regionu faktiki olaraq Çinin əlindədir. Ural - Sibir bölgəsində gəzirsən , hara baxsan çinlilər obyekt açıb, bütün əsas yerlər onların əlindədir. Çin iş adamları bölgənin zəngin meşə ehtiyatının axırına çıxıb".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. Onun sözlərinə görə, Rusiya ona görə Çinə bu şəraiti yaradıb ki, bölgəyə investisiya qoysun, inkişaf etdirsin:
"Təsəvvür edin ki, Yakutiya ərazisi 2 Türkiyə boydadır az qala, əhalisi heç 1 milyona çatmır. Bu bölgə zəngin təbii sərvətlər, əsasən də qaz ehtiyatı ilə zəngindir. Ancaq insanlar burda səfalət günündə yaşayır, çinlilərin ümidinə qalıblar. Halbuki bölgə müstəqil olsa insanların yaşayış səviyyəsi təbii sərvətlər hesabına Qətəri belə ötüb keçərdi. Moskva bölgəni istismar etməsinə baxmayaq burda normal tikinti - quruculuq işləri görülmür. Son illərdə Kreml tikinti sahəsində əsas diqqəti Çeçenistan və İnquşetiyaya ayırıb. Bu da Sibir və Ural xalqlarında ciddi narazılıq yaradır. Çinin Rusiyada gücü bu qədərdir".
Politoloq deyib ki, Rusiyanın Çindən imtinası Uzaq Şərq bölgəsinin çökməsinə səbəb ola bilər:
"Onsuz da burda narazılıq pik həddədir. Açıq və net bir şeyi bilmək lazımdır ki, Rusiya dağılacaqsa bu 90 - cı illərdəki kimi Şimali Qafqazdan yox, Uzaq Şərq bölgəsindən olacaq. İndi Tramp Putinə deyir ki, Çindən imtina elə, sənə Ukraynanı verim. Kremldə də buna həvəslənənlər var".
Anar Əliyev