
"Öhdəliyi sülh və təhlükəsizliyi təmin etmək olan beynəlxalq təşkilatların qarşıdurmaları və gərginliyi artırmağa töhfə verdiyi gedişat yaranıb".
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən "Stratcom Public Forum" çərçivəsində təşkil edilən "Daha Ədalətli Bir Dünya Mümkündür" adlı panel müzakirəsində deyib.
O bildirib ki, mövcud beynəlxalq sistem sülhü təmin edə bilmir:
"Bu sistemin dəyişməsi üçün addımlar atılmalıdır. Qlobal sülh və təhlükəsizliyi təşkil etmək üçün təşkilatlar var. Onların vəzifə öhdəliyi müharibəni dayandırmaq, sülhü təmin etməkdir. Ancaq gəldiyimiz nöqtədə vəzifəsi bu olan qurumların qarşıdurmaları daha da qızışdırdığını, gərginliyin artmasına töhfə verdiyini görürük".(oxu.az)