
"Tramp və Zelenski görüşü, tarixə qalmaqallı görüş kimi keçsə də, əslində bu, arxa planında olan qlobal güclərin planlandığı yeni dünya düzəni layihəsinin əsil niyyətinin bəzi koordinatlarını üzə çıxartdı və baş verən qalmaqalın ardınca Londonda beynəlxalq liderlərinin iştirakı ilə Ukrayna məsələsinə həsr olunmuş sammit keçirildi. Sammit işğalçı Rusiyaya qarşı Ukraynaya dəstək məqsədi daşısa da, ABŞ-ın Rusiyaya verdiyi dəstəkdən dolayı, iderləri daha çox Avropanın gələcəyi düşündürürdü və bu onları həqiqətən də narahat etmişdir".
Newscenter.az xəbər verir ki, bunları deyən siyasi ekspert Çingiz Şahbazinin sözlərinə görə, birlikdə ümumi güc tətbiq etməklə gələcəkdə baş verə biləcək təhlükələrin qarşısını almaq mümkündür:

"Amma, bu birliyin qurulması, xüsusilə də ABŞ-a qarşı onu tətbiq etmək mümkünsüzdür. Belə olan halda Ukrayna liderinin Ağ Evdə ABŞ prezidenti ilə qalmaqallı görüşü onun və ölkəsinin lehinə heç bir halda faydalı ola bilməz və düşünürəm ki, V.Zelenski, eynilə M.Saakaşvilinin aqibətini yaşaya bilər. Yaxın vaxtlarda Ukraynada hakimiyyət dəyişikliyi ola bilər. Bununla da Ukrayna ABŞ-ın şərtləri altında həyata davam edəcək".
Anar Əliyev