Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ərzaq məhsullarının qiyməti ucuzlaşıb

Bu ərzaq məhsullarının qiyməti ucuzlaşıb


Ötən ay beş növdə sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətində ucuzlaşma qeydə alınıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə baş nazirin müavini, milli iqtisadiyyat naziri Serik Jumanqari məlumat verib.

Belə ki, bu ilin fevral ayında sosial əhəmiyyətli ərzaq məhsullarının qiymət artımı indeksi 1,3%-ə qədər azalıb.

Bundan başqa, beş növdə malların qiymətləri ucuzlaşıb: düyü (-2,9%), yumurta (-1,4%), un (-0,8%), makaron (-0,4%) və qarabaşaq yarması (-0,2%). İlin əvvəlindən mövsümlə əlaqədar olaraq tərəvəzin qiymətləri artıb.

Kənd təsərrüfatı nazirinin müavini Yerbol Taşjurekov məlumat verib ki, 156,9 min ton olan ümumi tərəvəz ehtiyatının 53,9 min tonu satılıb. Hazırda 92,5 min ton tərəvəz ehtiyatı qalıb.

Mehman Mehdiyev
Xəbəri paylaş