Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Münaqişə tezliklə bitməyəcək

Münaqişə tezliklə bitməyəcək


Trampın iddialı şəkildə müharibəni "24 saata bitirəcəm" cümləsi prezident səlahiyyətlərinin icrasına başlamasından sonra yürütdüyü siyasətlə hələlik iflasa uğrayıb. Tramp bu iddiasının əsirinə çevrilib. Hansı yolla olursa-olsun müharibəni dayandırmağa cəhd edir. Göründüyü kimi burda heç bir beynəlxalq hüquq gözlənilmir, etiket qaydaları bir tərəfə atılıb. Təzyiq və hədə yolu ilə məsələ həll olunmağa çalışılır. Daha da irəli gedilib edilən yardımların əvəzi istənilir, Ukraynanın təbii sərvətlərinin talan edilməsinə yönəlik addımlar atılır.

Ukraynanın çıxılmaz vəziyyətdə olduğu aşkardır. Təzyiq və hədələr fonunda nə qədər dözüm gətirəcəyi də müəmmalıdır. Amma indiki məqamda son sözü dünyanın ağlı başında olan kəsimi deməlidir. Tramp özü üçün bir reallıq uydurub və özünü də hamıdan ağıllı hesab edib bu reallığı həyata keçirmək istəyir. Amma Rusiya-Ukrayna münaqişəsinin dayandırılması yolu bu deyildir. Hesab edirəm ki, münaqişə tezliklə bitməyəcək. Trampın planları o vaxt həyata keçəcək ki, Rusiyanın döyüş meydanında zəifləyən imici daha da aşağı düşəcək. Rusiya məğlubiyyətə bərabər sülh müqaviləsi əldə edəcək. Ukrayna xalqı və ordusu öz əzmi ilə buna qadirdir.

Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri
Xəbəri paylaş