Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Öz yurdlarına qovuşan soydaşlarımız Qələbənin və Qayıdışın sevincini, qürurunu yaşayırlar

Öz yurdlarına qovuşan soydaşlarımız Qələbənin və Qayıdışın sevincini, qürurunu yaşayırlar


"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış uğurla davam edir. Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndi də bu gün özünün daimi sahiblərinin, daimi sakinlərinin ilk qrupunu qəbul etdi. Belə ki, martın 3-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı Ağdərə rayonuna yola salındı. 25 ailə olmaqla, 91 nəfər keçmiş məcburi köçkün bu gün öz doğma yurd-yuvasına qovuşdu. Onların bəziləri Ağdərə rayonundan 5 yaşında, 8 yaşında ikən köçkün düşüblər. Məsələn, bu gün Həsənriz kəndinə qayıdan Kəmalə Həsənova adlı sakin müxbirlə söhbətində deyib ki, o, Ağdərə rayonundan köçkün düşəndə 5 yaşı varmış. Dağyunus Nəbiyev adlı başqa bir sakin isə deyib ki, uşaq vaxtı tərk etdiyi Həsənriz kəndindəki ata-baba torpağına bu gün 42 yaşında geri dönüb".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O deyib ki, təcavüzkar Ermənistan onların ömürlərinin 30 ilini oğurlayıb:

"Bu soydaşlarımız öz uşaqlıq illərini uşaq kimi yaşamaqdan məhrum olublar. Ancaq Prezident və Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi yarımçıq talelərin, həyat hekayələrinin qaldığı yerdən davam etməsinə zəmin yaratdı. Ona görə də bu gün Həsənriz kəndinin sakini Kəmalə Həsənova Prezidentimizə, Ordumuza güvənərək əminliklə deyir ki, “mən uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcəklər".

Bəli, bu əminlik, bu inam bu gün Qarabağdan, Şərqi Zəngəzurdan olan bütün keçmiş məcburi köçkünlərin sözündə, davranışında hiss olunur. Doğma yurdlarına - Ağdərənin Həsənriz kəndinə qayıdan və evlərinin açarlarını təhvil alan sakinlər də hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər".

Komitə sədri deyib ki, “Böyük Qayıdış proqramı”nın icrası 2025-ci ilin prioriteti kimi davam edir:

"Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın sayı getdikcə artır. Hazırda azad edilmiş ərazilərdə 40 minə yaxın insan yaşayır, çalışır. 2025-ci ilin sonuna qədər təbii ki, oraya qayıdacaq vətəndaşlarımızın sayı əhəmiyyətli dərəcədə artacaq. Yaxın üç ildə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura daha 140 min insanın köçürülməsi planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri təbii ki, Azərbaycan öz imkanları hesabına həyata keçirir. Öz torpaqlarının işğaldan azad etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan, 30 illik işğalın ağır nəticələrini öz gücünə aradan qaldırmaq potensialına, qüdrətinə malikdir. Bu gün öz yurdlarına qovuşan soydaşlarımız Qələbənin və Qayıdışın sevincini, qürurunu yaşayırlar".

Süleyman
Xəbəri paylaş