Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu qədər rəzillik və biabırçılıqla turizmin inkişaf edəcəyini düşünürlər, lakin yanılırlar

Bu qədər rəzillik və biabırçılıqla  turizmin inkişaf edəcəyini düşünürlər, lakin yanılırlar


"Şəhər mərkəzində, əsasən Tarqovu adlanan yerdə normal gəzmək, biri ilə söhbət etmək mümkün deyil. Əlində torba ilə qoz, yerdə oturub yer fındığı satan, əllərində gül və ya restoran menyusunu tutub turistin üstünə şığıyan kim.
Rəsmi qurumlar məsələyə müdaxilə etməlidirlər. Açıq havada restoranda oturmaq olmur. Yolla gedə bilmirsən. Parfum satan və onları reklam edənlərin, dilənçilərin, qaraçıların, rüstoran əməkdaşlarının əlindən şəhərdə biri ilə söhbət, istirahət etmək mümkün deyil. 1 saatlıq bir yerdə oturub yemək yeyirsən, onda görürsən ki, gəlib pul istəməyə başlayırlar. Sahibkarları da bezdiriblər, qarşısını almaqda çətinlik çəkirlər. Biri gedir, o birisi gəlir. Turistlər ümumiyyətlə beziblər".

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Rəşad Quliyev səsləndirib. O deyib ki, yeni və utanc verən bir ənənə yaranıb:

"Restoran sahibləri işə adam götürüb şəhərdə gəzən turistləri restorana dəvət etdirirlər, hətta bəzi hallarda yapışıb əl çəkmirlər. Bu məntiqsiz adamlar anlamırlar ki, əgər bir insana yemək, özünə uyğun bir məkan lazım olsa, kimdənsə məsləhət alar, yaxud birbaşa daxil olar çörəyini yeyər, internet üzərindən axtarış edib tapa bilər. Fikrimcə Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyi buna çözüm tapmalıdır".

Rəşad Quliyev deyib ki, addım başı reklamçılar, addımbaşı parfum təbliği edənlər, dilənçilər, restorana, disko və gecə klublarına dəvət edənlər, bu şəhərdə biabırçı bir mənzərə yaradır:

"Bu qədər rəzillik və biabırçılıqla turizmin inkişaf edəcəyini düşünürlər, lakin yanılırlar.

Mən bir daha Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət ünvanlayaraq xahiş edirəm ki, bu məsələyə bir çözüm tapsınlar, belə işlər ölkəmizin, imicinə, şəhərimizin müsbət reytinqinə mənfi təsir göstərir".

Süleyman
Xəbəri paylaş