
Səmərqənd hava limanı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) aviasiya qovşağı kimi qəbul ediləcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə qurumun nəqliyyat nazirlərinin İranda keçirilən 13-cü iclasında bildirilib.
Danışıqlar zamanı multimodal nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi, nəqliyyat sektorunda rəqəmsallaşmanın təşviqi;
transsərhəd ticarətin və tranzitin asanlaşdırılması, regional sazişlərin və proqramların həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.
İclasdakı çıxışında nəqliyyat naziri İlham Mahkamov 2023-cü ildə Daşkənddə keçirilən İƏT-in 16-cı Sammitində təşkilatın Daşkənddə Rəqəmsal Nəqliyyat və Gömrük İdarəsinin yaradılması təşəbbüsünün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürüldüyünü xatırladıb.
İlhom Məhkəmov bu təşəbbüsün həyata keçirilməsi, yük və gömrük sənədlərinin rəqəmsallaşdırılması və qarşılıqlı tanınması mexanizmlərinin işlənib hazırlanması məqsədilə nəqliyyat və gömrük idarələrinin əməkdaşlarından ibarət İşçi Qrupun yaradılmasını təklif edib.
Cavid İmaməliyev