Gürcüstan - mehriban qonşuluq və əməkdaşlıq rəmzi
Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və....
20 yanvar hadisələri nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi
1990-cı ilin 19-dan 20-nə keçən gecəsi Bakı şəhərində baş verən faciə, Azərbaycan tarixində ən qanlı hadisələrdən biri kimi yadda qaldı. Sovet İttifaqının Azərbaycanda həyata keçirdiyi bu hərbi əməliyyat, təkcə fiziki deyil, həm də mənəvi və siyasi təsirlər baxımından, xalqın müstəqillik və....
Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Newscenter.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var.....
Bakı əməliyyatı
20 Yanvar 1990-cı il, Azərbaycan xalqının tarixində təkcə hüzn deyil, eyni zamanda milli birlik və müstəqillik uğrunda mübarizə simvolu kimi qızıl hərflərlə yazılmışdır. Həmin gün, Sovet İttifaqının rəhbərliyi Azərbaycan xalqının azadlıq və suverenlik tələblərinə zorakı cavab verdi. Bu hadisələr....
Öncədən planlaşdırılmış cinayət
20 Yanvar 1990-cı il Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış tarixdir. Bu, təkcə bir xalqın kədəri və itkiləri deyil, həm də azadlıq mübarizəsinin ən parlaq nümunəsidir. Lakin bu faciə təsadüf deyildi. Əksinə, bu, öncədən planlaşdırılmış, bütün detalları ilə düşünülmüş bir cinayət....
Haaqada 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
Niderland Krallığının Haaqa şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Newscenter.az xəbər verir ki, tədbir Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutub. Tədbir, dərnəyin gənclər şöbəsinin rəhbəri Tuğrahan Aşkının açılış nitqi....
Bakü Electronics müştəriləri necə aldadır?
Ölkənin ən iri məişət texnikası mağazaları şəbəkələrindən şikayətlər artır. Keyfiyyətsiz məhsulların əhaliyə satılması, reklam xarakteri daşıyan yalançı endirim kampaniyaları və bu kimi nöqsanlar artıq sözügedən mağazalar çəbəkəsində adi hala çevrilib. Kontakt Home mağazalar şəbəkəsinin ardınca,....
Serbiyada qocalar evi yanıb, 8 nəfər ölüb
Belqradda yerləşən qocalar evində baş verən yanğın nəticəsində səkkiz nəfər ölüb, yeddi nəfər xəsarət alıb. “Report” xəbər verir ki, bu barədə RTS telekanalı məlumat yayıb. Yanğın gecə saat 3:30-da başlayıb, həmin vaxt binada 30 nəfər olub. İlkin məlumata görə, yanğın qəsdən törədilib.....
Onların mübarək ruhları qarşısında hamımız baş əyirik
Tariximizin sovet dönəmi qanlı səhifə ilə qapanıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və bir sıra bölgələrimizdə mənfur sovet qoşunları tərəfindən “Qara Yanvar” adlandırdığımız faciəli hadisələr, qanlı qırğınlar törədilib. 147 nəfər soydaşımızın şəhid olduğu, 700-dən çox....
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. Newscenter.az xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sevinc Mehdiyeva....
Paşinyan hakimiyyətini qoruyub saxlayacaqmı?
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcək. Belə iddia ilə Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan çıxış edib. O, bunu ölkədə növbədənkənar seçkilərin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib. Ötən ilin sonuna qədər hakim komandada olan və yuxarı....
Təyyarə qəzası ilə bağlı Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanılıb
AZAL-ın təyyarəsinin Aktuada qəzaya uğraması ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb. Newscenter.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq....
Həftəsonu ölkə ərazisində 81 kiloqramdan artıq narkotik aşkarlanıb
Polis əməkdaşlarının ölkə ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 18-də və 19-da ümumi çəkisi 81,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən....
Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 20-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Parlament Aparatının və İşlər İdarəsinin kollektivləri 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər....
Əməkdar artist vəfat edib
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib. Bu barədə Newscenter.az-a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib. Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. Aktyor Sumqayıt Dövlət....
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Newscenter.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub.....
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclası keçiriləcək
Yanvarın 22-23-də Tehranda İran – Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçiriləcək və burada əsas sahələrdə əməkdaşlıq müzakirə olunacaq. Newscenter.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb. Komissiyanın həmsədrləri İranın nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq və....
20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir
"20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir. Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Xalqımızın suverenlik uğrunda apardığı mücadilə öz nəticəsini verdi". Newscenter.az xəbər verir ki,....
Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib. Newscenter.az xəbər verir ki, paylaşımda qeyd edilir: "20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm.....
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Newscenter.az xatırladır ki, Qanlı Yanvar hadisələrindən 35 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün....













