
Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığı olub.
Newscenter.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, iki nazir İsrail və İran arasındakı münaqişə, bu gərginliyin mümkün qlobal və regional nəticələrini müzakirə ediblər.
H. Fidan hadisələrin narahatlıq doğurduğunu və münaqişəyə son qoymağın yeganə yolunun diplomatiya olduğunu deyib.