Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də növbəti seminar keçirilib

Aİİ-də növbəti seminar keçirilib


Newscenter.az.9.01.2019. Aİİ-də “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi İsgəndər İsgəndərovun təqdimatında “Varlıq nuru– Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda seminar təşkil olunub. Newscenter.az-a təhsil ocağından bildirilib ki, seminarı idarə edən prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Aİİ-də mütəmadi olaraq müxtəlif mövzularda keçirilən tədbirlərin maarifləndirmə məqsədi daşıdığını və cəmiyyətdə maraqla qarşılandığını bildirib.A.Şirinov “Tələbə seminarları” layihəsi çərçivəsində keçirilən seminarların təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, bu tipli seminarlardatələbələrin aktiv iştirakı bilik səviyyələrinin artırılmasında, nitq mədəniyyətinin formalaşmasında, ictimai əhəmiyyətli fikirlərin zənginləşdirilməsində xüsusi rol oynayır.

Tələbə heyətinin iştirak etdiyi seminarda Aİİ-nin birinci kurs tələbəsi İsgəndər İsgəndərov “Varlıq nuru – Hz. Peyğəmbərimizə məhəbbət” mövzusunda məruzə ilə çıxış edib. İ. İsgəndərov Məhəmməd Peyğəmbərin təvazökar və sadə olduğunu qeyd edib.O bildirib ki, Məhəmməd Peyğəmbər ömrünün 23 ilini insanlara İslamın əsaslarını çatdırmağa, islam əxlaqının təbliğinəhəsr edib.O qeyd edib ki, peyğəmbərə məhəbbətbəşəriyyətə – canlı və cansız bütün varlıqlara sevgi ilə yanaşmaqdan başlayır.

Seminarda qeyd edilib ki, Məhəmməd Peyğəmbərin həyatıkamilliyinən gözəl nümunəsi olub.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Xəbəri paylaş