Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Sağlam Həyat Tərzinin Təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

“Sağlam Həyat Tərzinin Təşviqi” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib


“Ekoloji Renesans” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam Həyat Tərzinin Təşviqi” layihəsi çərçivəsində Gəncə şəhəri 11 nömrəli tam orta məktəbdə 120 nəfərin iştirakı ilə maarifləndirici təlim təşkil olunub.

Newscenter.az xəbər verir ki, layihə rəhbəri Leyla Məmmədova iştirakçılara layihənin məqsədləri, əsas fəaliyyət istiqamətləri və ekoloji maarifləndirmənin sağlam həyat tərzinin formalaşmasındakı rolu haqqında məlumat verdib.

Leyla Məmmədova əmin olduğunu bildirib ki, bu cür maarifləndirici təşəbbüslər gənc nəslin ekoloji biliklərinin artırılmasına, məsuliyyətli davranış vərdişlərinin formalaşmasına və sağlam həyat tərzinin təşviqinə mühüm töhfə verir.

Gəncə Dövlət Universitetinin Ekologiya kafedrasının müəllimi, layihənin əsas təlimçisi Vüsal Musayev “İnsan sağlamlığı və ətraf mühit: gündəlik seçimlərimizin ekoloji təsiri” mövzusunda təlim keçib.

Təlim zamanı ətraf mühitin insan sağlamlığına təsiri, təbii resurslardan səmərəli istifadə, tullantıların azaldılması və ətraf mühitin qorunmasında fərdi məsuliyyət məsələləri müzakirə olunub. Şagirdlər gündəlik seçimlərin həm sağlamlığa, həm də ətraf mühitə təsiri barədə məlumatlandırılıblar.

Süleyman
Xəbəri paylaş