
Özbəkistan 9 ayda 200-dən çox ölkə ilə ticarət həyata keçirib.
Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, xarici ticarət dövriyyəsinin yarıdan çoxu beş ölkənin payına düşüb.
Özbəkistanın xarici ticarət dövriyyəsində ən çox paya sahib 5 ölkə sırasında Çin, Rusiya, Qazaxıstan, Türkiyə və Əfqanıstan yer alıb. Bu beş ölkə Özbəkistanın xarici ticarət dövriyyəsinin 51,5 faizini təşkil edib.
Məlumata görə, Özbəkistanın 2026-cı ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 65,4 milyard dollar təşkil edib.
Bu dövrdə Özbəkistan dünyanın 200-dən çox ölkəsi ilə ticarət əlaqələri həyata keçirib.
Süleyman












































