
Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov rəsmi təmaslarını davam etdirir.
Newscenter.az xəbər verir ki, azərbaycanlı diplomat bu dəfə Çex Respublikasının Özbəkistandakı səfiri Lubomír Frebort ilə görüş keçirib.
Bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat verən səfir Rəşad Məmmədov deyib ki, görüşdə Azərbaycan və Çexiya arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
"Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinə toxunduq",-deyə səfir bildirib.
Süleyman












































