Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hümanizim dəyərləri və dinlərarası vəhdət xalqımızın gündəlik həyat tərzinin bir parçasıdır

Hümanizim dəyərləri və dinlərarası vəhdət xalqımızın gündəlik həyat tərzinin bir parçasıdır


"Qlobal müstəvidə artan ziddiyyətləri və mövcud mənfi tendensiyanı göz önünə gətirdikdə artıq hərbi-siyasi müzakirələr çox təəssüf ki, siyasi - mədəni dialoqun önünə keçib. Dövlətlər aralarındakı fikir ayrılıqlarını daha çox güc tətbiqi ilə həll etməyə çalışırlar və mövcud situasiya bəşəriyyətin sivil dəyərlərinə birbaşa təhdid törədir. Təbii ki, Azərbaycan mövcud mənfi tendensiyanı müsbətə doğru istiqamətləndirməyə çalışan azsaylı dövlətlərdən biridir və bu kontekstdə oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir".

Bunları Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə deyib. Onun sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, hümanizim dəyərləri və dinlərarası vəhdət xalqımızın gündəlik həyat tərzinin bir parçasıdır:

"Cənab Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər də məhz bu reallığı bir daha nümayiş etdirdi. Ölkə rəhbəri nitqi zamanı həm ölkəmizi, həm də bəşəriyyəti təhdid edən mövzulara toxunaraq birgə mübarizənin vacibliyini qeyd etdi. Çünki bu gün din pərdəsi altında bizə qarşı hücumların şahidi oluruq, paralel olaraq bir çox yerlərdə məhz dini dözümsüzlük, xüsusilə, islamafobiyanın artması heç şübhəsiz kifayət qədər ciddi məsələlərdir. Bu kimi hallara ən layiqli cavab isə əlbəttə ölkəmizin işğaldan azad olunmuş ərazilərində dini - mədəni mərkəzlərin bərpasına yönəlik göstərilən diqqət və həssaslıqdır".

Pərviz Mirizadə qeyd edib ki, Azərbaycanın bir qayda olaraq beynəlxalq əhəmiyyətli tədbirləri yüksək səviyyədə təşkil etmək ənənəsi var:

"VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Fomumu bunlardan biri oldu. Forumun müsbət nəticələrini isə heç şübhəsiz ki, irəliləyən zamanda daha aydın müşahidə edəcəyik".

Süleyman
Xəbəri paylaş