Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir




Xankəndidə MDB iştirakçısı olan dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası başlayıb.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Bundan başqa, iclasda MDB İcraiyyə Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının, Regional Rabitə Birliyinin və Antiinhisar Ekspertləri Assosiasiyasının təmsilçiləri iştirak edirlər.

MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası Birliyin müvafiq orqanıdır. Onun yaradılmasında məqsəd antiinhisar siyasəti və rəqabətin inkişafını koordinasiya etməkdir. MDB çərçivəsində antiinhisar tənzimləməsi sahəsində əməkdaşlığın əsası 1993-cü il dekabrın 23-də Birliyin bütün iştirakçı dövlətlərinin hökumət başçıları tərəfindən razılaşdırılmış Antiinhisar siyasətinin həyata keçirilməsi haqqında Müqavilənin imzalanması zamanı qoyulub.
Xəbəri paylaş