Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Cümhuriyyətin Paytaxtı Ankara: Türk Kimliyi, Mənsubiyyəti və Məkanı” adlı müzakirə keçirilib

“Cümhuriyyətin Paytaxtı Ankara: Türk Kimliyi, Mənsubiyyəti və Məkanı” adlı müzakirə keçirilib


Azərbaycan Milli İncəsənət Muzeyində “Cümhuriyyətin Paytaxtı Ankara: Türk Kimliyi, Mənsubiyyəti və Məkanı” adlı müzakirə keçirilib.

Newscenter.az xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə keçirilən müzakirədə professor doktor Leyla Alpaqutun mühazirəsi dinlənilib.

Tədbirdə Ankaranın tarixi inkişafı, mədəni irsi və memarlıq kimliyi müzakirə edilib, eyni zamanda şəhərin Cümhuriyyət tarixindəki yeri ilə türk kimliyi, mənsubiyyəti və məkanı anlayışları arasındakı əlaqə dəyərləndirilib.

Proqramda Ankaranın tarixi və memarlıq irsinin Türkiyənin mədəni kimliyinin formalaşmasındakı rolundan da danışılıb.

Süleyman
Xəbəri paylaş