Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Forumu müasir mürəkkəb geosiyasi şəraitdə dialoqu üçün mühüm platformedır

Bakı Forumu müasir mürəkkəb geosiyasi şəraitdə dialoqu üçün mühüm platformedır


"Bakı Forumu müasir mürəkkəb geosiyasi şəraitdə müxtəlif ölkələrin, siyasi dairələrin və ekspertlərin dialoqu üçün mühüm platformedır. Beynəlxalq münasibətlərdə etimadın azaldığı və qlobal problemlərin çoxaldığı bir dövrdə belə tədbirlər fikir mübadiləsi, anlaşma və əməkdaşlıq baxımından geniş imkanlar yaradır.

Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin yalnız regional deyil, həm də qlobal proseslərdə fəal iştirakçı olduğunu nümayiş etdirir. Bakı müxtəlif siyasi baxışların, maraqların və yanaşmaların müzakirə olunduğu bir məkana çevrilir. Bununla da Azərbaycanın diplomatik imkanları genişlənir, beynəlxalq nüfuzu möhkəmlənir. Bu, xüsusilə Şərq ilə Qərb, Şimal ilə Cənub arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir".

Bunları Newscenter.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib. Onun sözlərinə görə, bu baxımdan, oktyabrın 27-29-da keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusi diqqətə layiqdir:

“Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusu ilə təşkil olunan Forum mədəniyyətlərarası və dinlərarası münasibətlərə həsr olunub. Eyni zamanda sülhün möhkəmləndirilməsi, süni intellektin yaratdığı çağırışlar və etimadın qorunması kimi aktual məsələləri də əhatə edir.

Forumun əsas əhəmiyyəti ondadır ki, müxtəlif ölkələri və fərqli düşüncələri bir araya gətirərək mövcud problemlərin həlli üçün dialoq imkanları yaradır. Bu gün dünyada mədəni və dini fərqlər bəzən qarşıdurma vasitəsinə çevrilir. Halbuki bu fərqlər xalqları yaxınlaşdırmağa xidmət etməlidir. Azərbaycanın təşəbbüsləri ölkəmizin multikulturalizm təcrübəsini dünyaya tanıdır".

Partiya sədri qeyd edib ki, forumun əhəmiyyətini yalnız iştirakçıların sayı və səsləndirilən fikirlərlə ölçmək olmaz:

"Əsas məsələ müzakirələrin real nəticələr verməsi, ölkələr arasında əməkdaşlığın genişlənməsidir. Bu sahədə ciddi uğurlara imza atıldığını indidən iddia etmək mümkündür".

Süleyman
Xəbəri paylaş