
Misir Qırmızı dənizin hərbiləşdirilməsini qəbuledilməz hesab edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi deyib. O, Moskvada keçirilən Rusiya-Afrika Zirvə Toplantısının plenar iclasında bildirib ki, Qahirə Afrika qitəsindəki hadisələri dərin narahatlıqla izləyir:
"Eyni zamanda ölkə olaraq Qırmızı dənizin hərbiləşdirilməsini qəbuledilməz hesab edirik".
Qeyd edək ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi Rusiya-Afrika sammitində iştirak etmək üçün Moskvaya səfərə gəlib.
Anar












































