
Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün variantları araşdırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Üçüncü Rusiya-Afrika Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı Kreml rəhbəri bildirib ki, Moskva münaqişənin diplomatik yolla həllinə tərəfdardır. Lakin Kiyev buna meyilli görünmür.
Putin həmçinin, Moskvanın hazırda Aleşkidəki humanitar vəziyyətlə məşğul olduğunu vurğulayıb.
"Biz həmçinin bu məsələ üzərində, eləcə də Ukrayna böhranının özünün sülh yolu ilə həlli məsələləri üzərində işləyirik", - deyə Rusiya dövlət başçısı bildirib.
Anar












































