
"Biz xain deyilik. Biz heç vaxt qardaşlarımıza xəyanət etməyəcəyik. Nə qədər çətin olsa da, əgər bir şey edə biliriksə, həmişə orada olacağıq".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Belarus prezidenti Aleksandr Lukaşenko Altay Respublikasının qubernatoru Andrey Turçakla görüşündə deyib. Belarus Prezidenti respublikanın çətin anlarda belə dostlarına və tərəfdaşlarına xəyanət etməyəcəyini bildirib.
Lukaşenko əlavə edib ki, respublika hətta coğrafi cəhətdən uzaq görünən Altaya belə kömək etməyə hazırdır:
"Belarusda maraqlı bir şey tapsanız, bizə bildirin. Biz həmişə kənd təsərrüfatı və maşınqayırma sahəsində sizə kömək etməyə hazırıq".
Anar












































