Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir məmurun Avropadakı milyonlarla ölçülən biznesi

Daha bir məmurun Avropadakı milyonlarla ölçülən biznesi


Newscenter.az.5.02.2019. Ötən araşdırmamda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Avstriyanın paytaxtı Vyanada Sübhan Məmmədli adlı şəxslə şərikli şirkət açdığı barədə məlumat açıqlamışdıq. Avropa ölkələrindən birində yaşayan soydaşımız Cavanşir Həsənlinin açıqladığı sənədlərə əsasən adıçəkilən şəxslər 22 iyul 2017-ci il tarixdə Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı və FN 457017 i saylı lisenziya ilə S.M.A.N Business Solutions GmbH şirkətini qeydiyyatdan keçiriblər. Hazırda şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti və ticarət sahələrini əhatə edir. Ziyəddin Əliyev bu şirkətdə Çexiyada sahib olduğu Az-Servis NR s.r.o. üzrindən 51 faiz payla şərikdir.
Daha bir məmurun Avropadakı milyonlarla ölçülən biznesi

Şirkəti idarə edən şəxsin, yəni kimliyi barədə qısa da olsa məlumat verilmişdi. Bəs icra başçısının Avstriyadakı şəriki kimdir?
Cavanşir Həsənlinin araşdırmalarına görə, 56 yaşlı icra başçısının şəriki 22 yaşlı gənc imiş. Şirkət açarkən isə onun 20 yaşı vardı.

Azərbaycanın "şanlı" məmurlarından birinin 22 yaşlı milyoner oğlu!
20 yaşında Avstriyada, 21 yaşında İngiitərədə şirkət açır, Londonun zənginləri sırasında ən gənc milyonerlərdən biri kimi tanınır. Təbii ki, o nə Şpiegel, nə Zukerberq, nə də "Stripe"nin sahibidir. O, korrupsiyanın əsas subyektlərindən biri kimi cəmiyyətdə haqlı şübhələr doğuran Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğludur. Saleh Məmmədovla Ziyəddin Əliyev uzun illərdən bəri "Azəravtoyol"da işləyiblər və yaxın dostluq münasibətləri var.
Daha bir məmurun Avropadakı milyonlarla ölçülən biznesi

Arayış: Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Tərtər rayonunda anadan olub. Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev kimi o da uzun illər yol təsərrüfatında çalışıb. 2015-ci ildən Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC sədrinin birinci müavini, daha sonra Səhmdar Cəmiyyətin sədri olub.
21 dekabr 2017-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2016-cı il dekabr ayının 1-dən həm də Azərbaycan Həndbol Federasiyasının prezidentidir.
Daha bir məmurun Avropadakı milyonlarla ölçülən biznesi

Saleh Məmmədovun oğlu Sübhan Məmmədli 2015-ci ildən indiyə kimi Londondakı King's College-də təhsil alır. Təbii ki, digər məmur balaları kimi məmur atalarının geniş imkanları hesabına...
Gözəl, amma əslində təhsilmi alırlar? Azərbaycan məmurları ilə bağlı araşdırmalara dayanaraq bu fikri qəti söyləmək olar ki, onların övladlarının böyük əksəriyyəti Avropa ölkələrinə təhsil adı ilə taladıqları sərvətləri daşımaq məqsədilə üz tuturlar. Necə ki, Dövlət Dəmir Yollarının rəisinin 2015-ci ildə Londona təhsil almağa yollanan oğlu 20 yaşında Vyanada, 21 yaşında Londonda "biznes qurur".
Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alır və şirkətə şəriklik hüququ əldə edir. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət (qeydiyyat nömrəsi 09595739) Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir.
Daha bir məmurun Avropadakı milyonlarla ölçülən biznesi

Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir.
Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.
Sənədlərə görə 2018-ci il dekabrın 11-də yeni sərmayədarın şirkətə ortaqlığı il əlaqədar bəyannamə təqdim olunur. Sənəddə 1 milyon 131 min 779 funt sterlinq kapitalla göstərilir. Bundan iki gün sonra, dekabrın 13-də isə Sübhan Məmmədlinin şirkətə şəriklik hüququ rəsmiləşdirilir.

Beləliklə, 21 yaşlı məmur oğlu Londonun ən iri fotoqrafiya şirkətinin sahiblərindən olur.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Daha bir məmurun Avropadakı milyonlarla ölçülən biznesi

Daha bir məmurun Avropadakı milyonlarla ölçülən biznesi
Xəbəri paylaş