Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“İrəli” sədri təltif olunub

“İrəli” sədri təltif olunub


Newscenter.az.13.02.2019. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 7-ci ildönümü münasibətilə keçirilən tədbirdə “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov gənclərin hərbi vətənpərvərlik təbliğatında xidmətlərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov tərəfindən xüsusi plaket və diplomla təltif olunub.

İctimai Birlikdən Newscenter.az-a verilən məlumata görə, bu barədə MirHəsən Seyidov özü məlumat verib. Qeyd edib ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsinə hər zaman xüsusi diqqət ayrılır. Bu gün səngərdə dayanan gənclər hər an, hər vəziyyətə hazır olduqlarını bizə Aprel hadisələrində göstərdi. Müharibə şəraitində yaşayan bir dövlətin əsgəri belə vətənpərvər olmalıdır.
Xəbəri paylaş