Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstandan qanunsuz yolla mobil telefonların gətirilməsinin qarşısı alınıb

Gürcüstandan qanunsuz yolla mobil telefonların gətirilməsinin qarşısı alınıb


Newscenter.az.14.05.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Nissan Maxima" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsininə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Newscenter.az-a DGK-dan bildirilib ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin ön oturacaqlarının altında - xüsusi düzəldilən gizli saxlanc yerində 20 ədəd "Xiaomi Mi 9 SE" markalı mobil telefon, arxa buferin içində isə 5 ədəd mobil telefon qutusu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş