Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Lənkəranda vətəndaşları qəbul edib

Energetika naziri Lənkəranda vətəndaşları qəbul edib


Newscenter.az.31.05.2019. Energetika naziri Pərviz Şahbazov mayın 31-də Lənkəranda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının inzibati binasında vətəndaşları qəbul edib.

Newscenter.az-a verilən məlumata görə, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Lənkəran, Astara və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər. Vətəndaşların müraciətləri elektrik enerjisinə görə yaranan borcun silinməsi, elektrik enerjisi ilə bağlı texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi təchizatında fasilələr,elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, işlə təminat və digər məsələlərlə bağlı olub.

Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşlar diqqətlə dinlənilib, müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Ümumilikdə qəbulda 30-ayaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələnlər bölgələrdə vətəndaşların qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Lənkəranda təşkil olunmuş qəbullar barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün KİV-də, Energetika Nazirliyinin rəsmi internet saytında (www.minenergy.gov.az) və "Facebook" səhifəsində elanlar verilib, Nazirliyin saytında vətəndaşların qəbulu üçün elektron müraciətlərin onlayn qeydiyyata alınması məqsədilə imkanlar yaradılıb.
Xəbəri paylaş