Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək



Newscenter.az.9.09.2019.
"Anemiya və mikroelementlərin çatışmazlığı artıq dünyanın bir çox ölkələrinin problemidir".

APA xəbər verir ki, bunu Avropa və Mərkəzi Asiyada miktonutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, bu məsələnin həllini qarşılarına məqsəd qoyan ölkələr artıq müəyyən uğurlar əldə ediblər: "Azərbaycanda da bu sahədə lazımi işlər görülür. Anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün əhaliyə təsir edə biləcək qanunvericiliyin qəbul edilməsi zəruridir. Azərbaycanda da unun zənginləşdirilməsi ilə bağlı qanun qəbul ediləcək. Payız sessiyasında Milli Məclisin Səhiyyə Komitəsində bu məsələ ilə bağlı dinləmə edəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək".
Xəbəri paylaş