Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə sübhə doğurmasın



Əli Əhmədov: "Son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək"

Newscenter.az.9.09.2019.
“Dünən hərbi hissəyə getdim. Əsgərlərimizlə görüşdüm. Onlarla bir yerdə yemək yedik. Bir daha Ordumuzla, qəhrəman əsgərlərimizlə qürur duydum”.

Newscenter.az xəbər verir ki, bu fikirləri baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov facebook səhifəsində ön cəbhəyə səfərinin təssüratlarını bölüşərkən qeyd edib. Hakim partiya rəsmisi qeyd edib ki, əsgərlərimiz əsl igidlərdir:

“Məlum aprel döyüşlərini yaradan igidlər. Azərbaycan fəxr edə bilər ki, belə ordumuz, belə qəhrəman əsgərlərimiz var. Bu cangavərlərin qarşısında heç kim duruş gətirə bilməz. Ermənilər də bilir. Ona görə də siyasi şoular təşkil edir, zəiflik, gücsüzlük kompleksini ört-basdır etməyə çalışırlar. Yazıqlar olsun ki, xaricdə sığınacaq tapmış müxalifət nümayəndələri Ordumuzla fəxr edib qürur duymaq əvəzinə Ermənistana və onun prezidentinə heyranlıqlarını gizlədə bilmirlər. Onlara nə ad verək, əziz dostlar, bəlkə siz deyəsiniz”.

Əli Əhmədov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə sübhə doğurmasın:

“Münaqişəni həll etmək üçün danışıqlar prosesində iştirak etməyimiz, danışıqların uzanması belə şübhələrin yaranmasına rəvac verə bilməz və verməməlidir. Çünki son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək. Eşq olsun Azərbaycan əsgərinə”.
Xəbəri paylaş