Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hafiz Hacıyev mitinqə hazırlaşır

Hafiz Hacıyev mitinqə hazırlaşır


Newscenter.az.9.09.2019. Müasir Müsavat Partiyası sentyabrın 22-də paytaxtda mitinq keçirmək niyyətindədir. Newscenter.az xəbər verir ki, bu barədə partiya sədri özü məlumat verib. Bildirib ki, partiyanın 10 min nəfərə yaxın üzvünün iştirakı ilə keçiriləcək mitinqə icazə verilməsi ilə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edilib.

MMP sədri onu da qeyd edib ki, mitinq bəzi antimilli qüvvələrin ölkədə söz, məlumat, ifadə, sərbəst toplaşmaq azadlığının olmaması iddialarına cavab olaraq təşkil edilir. Bununla beynəlxalq aləmə sübut etməyə çalışılır ki, reallıq heç də antimilli qüvvələrin iddia etdiyi kimi deyil və ölkədə sərbəst toplaşmaq azadlığı mövcuddur.
Xəbəri paylaş