Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağcabədinin daha bir yaşayış məntəqəsi qazlaşdırılacaq



Newscenter.az.10.10.2019. Oktyabrın 10-da saat 14:00-dan etibarən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Həyat” kompleksinin qazanxanasının qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək.

Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Zaur
Xəbəri paylaş