Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsuda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib



Newscenter.az.10.10.2019. Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.

Newscenter.az xəbər verir ki, Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gənclərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Ağsu RİH başçısının birinci müavini Rasim Novruzov belə seminarların təşkilinin əhəmiyyətini diqqətə çatdırıb. O bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi milli-mənəvi dəyərlərin təbliği və təşviqində, dini qurumlarla dövlət təşkilatları, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna rola malikdir.

DQİDK sədrinin müavini Gündüz İsmayılov şagirdlərə "Həyat bilgisi" fənninin tərkibində dini biliklərin verilməsi, onların bu mövzu ilə bağlı məlumatlandırılmasının önəminə toxunub. Milli-mənəvi, həmçinin dini dəyərlərin əsas məqsədinin cəmiyyət, dövlət və ailə üçün faydalı olan, nümunəvi vətəndaş formalaşdırmaq olduğunu deyən sədr müavini dini radikallığın zəiflədilməsi və cəmiyyətimizdə tolerantlığın artırılması üçün dini maarifləndirmə işinin təkcə təhsil müəssisələrində deyil, bütün istiqamətlərdə aparılmasının vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, dini dözümlülük ənənələrinin və dini rəngarəngliyin əsaslarının qorunub saxlanılması Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Ölkəmizin sahib olduğu multikultural dəyərlərin beynəlxalq ictimaiyyətə çatdırılması, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu sahədəki siyasətin prioritet istiqamətlərindəndir.

Seminar-treninq işini müzakirələrlə davam etdirib.
Xəbəri paylaş