Impera

XƏBƏR LENTİ
17:21Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi17:11Azərbaycanda koronavirusla bağlı son durum - VİDEO16:54Metronun 3 stansiyasında hərəkət dayandı16:30Müddətsiz əmək müqaviləsi əsasında işləmək istəyən müəllimlər üçün yeni imkan16:12Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Energetika Nazirliyində olub15:45Zakir Həsənov Kaspşiklə Qarabağ probleminin həllini müzakirə edib15:34Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı-VİDEO15:28Prezident 3 generalı istefaya göndərib15:13Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır15:10Mübariz Qurbanlı İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb15:00Prezident 3 generalı təltif etdi14:00Hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb13:55“AgroHackathon 2020” müsabiqəsinin başlamasına dair mətbuat konfransı keçirilib13:50Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb13:41Bakıda insanların arasında atəş açan şəxs Mingəçevirdə məhv edildi13:17AQTA-dan yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün zəruri tövsiyələr12:50Keçən il 30 vaqon istismara verilib12:45Prezident İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul edib12:262266 tələbə köçürülməsinə icazə verildi12:13Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi “myGov” portalında12:02Rusiyanın Pyatiqorsk şəhərində Xocalı qətliamı anılıb-FOTOLAR11:46Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub11:35Türkiyə vətəndaşı Bakı aeroportunda öldü11:26Dövlət Turizm Agentliyi koronovirusla bağlı tədbirlər görür11:16İbtidai sinif şagirdləri üçün müsabiqə keçirilir10:58Gürcüstanda koronavirusun aşkarlanması ilə bağlı Azərbaycandan rəsmi açıqlama10:45Paytaxtın girişində tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər aparılır10:21Sabah “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək10:00Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar sığorta sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb09:15Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:00YAP Rəfael Pəsiyevi cəzalandıracaq23:32Holllandiyadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi-FOTOLAR23:00Gürcüstanda koronavirusa yoluxma aşkarlandı22:00Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir21:00BDU-nun 49 yaşlı müəllimi vəfat edib20:00Masallıdakı qətllə bağlı cinayət işi başlanıldı18:51ASAN könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar18:32Xocalı faciəsi ilə bağlı İKT-lab və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirici tədbir keçirib18:26Azərbaycanda 9 il əvvəl törədilən qətlin üstü açıldı18:04Türkiyə Naxçıvanla sərhədi açdı17:48AQTA saxta kərə yağı istehsal edən daha bir müəssisənin fəaliyyətini məhdudlaşdırdı17:45Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı17:41Bakıda zəncirvari qəza-3 nəfər öldü17:10BŞİH mitinqlə bağlı müraciətə cavab verdi16:56Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən istehsal sexlərinin fəaliyyəti məhdudlaşdırılıb16:47Masallıda ailə faciəsi-həyat yoldaşı, qaynı və qaynanasını güllələdi16:39AQTA-da Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib16:10Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - ARAŞDIRMA15:53Möhkəm təməl üzərində qurulan sarsılmaz qardaşlığın təntənəsi15:16Məcburi köçkünlərdən “Xocalıya Ədalət” Kampaniyasına dəstək-VIDEO15:00Gənclər “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində təşkil edilən onlayn fəaliyyətlərə dəvət olunur14:50Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub14:15Ombudsman aparatının nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar14:00Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mini futbol üzrə açıq birincilik keçirilib13:53İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı13:36Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib13:28Məktəblərdə Xocalı soyqırımına dair silsilə tədbirlər13:18Sabah 17 dərəcə isti olacaq13:06Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub12:34İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib12:06BNA-da Xocalı qurbanları yad edilib11:50Torpaqla örtülən qaz kəmərləri dayaqlar üzərinə qaldırılır11:30Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımlarından biridir - VİDEO11:15Güclü külək enerji xətlərinə ciddi ziyan vurub11:09İlk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib11:01Məcburi köçkünlər üçün yeni binalar tikiləcək10:42Məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edilib10:30İrandan Azərbaycana gələn daha 34 nəfər xəstəxanaya yerləşdirilib10:03Prezident Xocalı abidəsini ziyarət edib09:46Atəşkəs rejimi 22 dəfə pozulub08:29İsgəndər Həmidov vəfat edib08:00Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"17:00Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib16:22Vətəndaşların kəndlərarası avtomobil yollarının təmir-bərpası ilə bağlı şikayətləri dinlənilib16:06Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi15:39Güclü külək qaz xətlərini və sayğacları zədələyib15:29“Azərsu” rəhbərliyi vətəndaşları qəbul dib15:21Vəzifə səlahiyyətlərindən sui-istifadə edən “Azəriqaz” rəsmisi cəzalandırıldı15:15Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”15:01Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü oldu14:55Hüsnü Mübarək vəfat edib14:51Tibb Universitetinin tələbəsi intihar etdi, meyiti tapılmır14:36Koronavirusa görə Bakıda xəstəxanaya daha 4 nəfər yerləşdirildi14:27DGK rəhbərliyi vətəndaşları qəbul edəcək14:20Bakıdakı xarici diplomatlar koronavirusa görə toplandı14:04Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində mobil səyyar hospital xidmətə başlayıb13:56Tovuz və Göygöldə toxumçularla görüş keçirilib13:38Ərdoğanın Azərbaycana səfəri başladı13:32Su təsərrüfatı işçiləri Xocalı qurbanlarını anıblar13:22Avropa Kiber İdman Federasiyasında Azərbaycanı Ramil Əliyev təmsil edəcək13:02Sabah hava necə olacaq?12:48DİN polis əməkdaşının qətli ilə bağlı məlumat yaydı12:24Türkiyə- Azərbaycan hərbi əlaqələri fonunda ölkəmizdə Türkiyə hərbi bazasının yardılması zəruridir12:04Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın11:55Azərbaycan və Türkiyə güzəştli ticarət barədə saziş imzalayacaq11:40Sabah bu avtobusların hərəkət trayektoriyası dəyişəcək11:30Şəhidimiz dəfn olundu11:18Sahibkarlar arasında “Zavod” biznes-oyunu təşkil edilib11:02Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb10:55Bakıda fəhlə faciəli şəkildə öldü
BÜTÜN XƏBƏRLƏR
Şubat 2020 (536)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)

«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib

24 Oktyabr 2019, 16:52   


Newscenter.az.24.10.2019. Bakı Dövlət Universitetində (BDU) xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində xüsusi rol oynamış İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümünə həsr olunmuş “Türk dünyasının mədəniyyət səfirləri: Nəsimi beynəlxalq simpoziumu” keçirilib. Newscenter.az-a təhsil ocağından bildirilib ki, BDU və Türkiyənin Sivas Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumu universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq böyük mütəfəkkir İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəniyyətində və ədəbiyyatındakı əhəmiyyətli rolundan bəhs edib. Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamından sonra keçirilən çoxsaylı tədbirlərdən danışan A.Kazımzadə bugünkü simpoziumu həm də ortaq dəyərlərə olan münasibət kimi qiymətləndirərək onun işinə uğurlar arzulayıb.

BDU-nun rektoru Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dahi Azərbaycan şairinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği istiqamətində görülən işlərdən bəhs edib, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. 2017-ci ildə UNESCO-nun Parisdəki baş qərargahında böyük söz ustadının vəfatının 600 illiyinin qeyd edildiyini bildirən rektor ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının keçirildiyinə də diqqət çəkib.
Əsərlərində mədəni müxtəlifliyi, humanist ideyaları əks etdirən Nəsiminin bütün türk dünyasının fəxri olduğunu vurğulayan E.Babayev böyük ortaq dəyərlər əsas götürülərək BDU və Sivas Universitetinin təşkilatçılığı ilə baş tutan simpoziumun onun zəngin irsinin daha yaxşı öyrənilməsinə imkan yaradacağına, elmi, ədəbi və mədəni əlaqələrimizin inkişafına xüsusi töhfə verəcəyinə əmin olduğunu ifadə edib.
E.Babayevin sözlərinə görə, Nəsimi yaradıcılığına lirik şeirlərlə başlasa da, sonradan ictimai-siyasi mövzularda kifayət qədər çox əsərlər yaradıb və o, sözün əsl mənasında fəlsəfi qəzəlin banisi kimi tarixə düşüb. Nəsimi yaradıcılığının Azərbaycan dilinin tarixini, inkişafını öyrənmək baxımından da əhəmiyyət kəsb etdiyini qeyd edən rektor, dahi şairin ən böyük işlərindən biri kimi ana dilində yazıb-yaratmaq və özündən sonra bir məktəb yaratmasını xüsusilə qeyd edib.

Rektor Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsündən danışaraq onun ekoloji, siyasi və mənəvi baxımdan xüsusi əhəmiyyət daşıdığını və Bakı Dövlət Universitetinin bu aksiyada fəal iştirak edəcəyini qeyd edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən yubileylə əlaqədar çox gözəl təşəbbüslər irəli sürüldüyünü vurğulayan rektor ölkə üzrə bu cür tədbirlərin davam etməkdə olduğunu diqqətə çatdırıb.

Sonra Sivas Cümhuriyyət Universitetinin rektoru, professor Alim Yıldız Azərbaycanla Türkiyə arasında ortaq dəyərlərdən danışıb və 14-cu yüzillikdə türk dünyasının böyük şairlərindən olan Nəsimi ilə bağlı keçirilən simpoziumun gələcək əməkdaşlığa xüsusi töhfə verəcəyini qeyd edib.

Filologiya fakültəsinin dekanı Elçin Məmmədov isə Azərbaycan klassiklərinin zəngin irsinin öyrənilməsinə dövlət dəstəyindən danışaraq simpoziumun verəcəyi faydalardan danışıb.

Türkiyən səfirliyinin təhsil müşaviri Nihad Büyükbaş, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin (TİKA) koordinatoru Teoman Tiryaki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat bütövlükdə türk dünyasının dahi şairi, mütəfəkkiri, filosofu Nəsimi ilə bağlı keçirilən simpoziumu yüksək qiymətləndirib, bölmə iclaslarında dinləniləcək məruzələrin onun zəngin irsinin daha dərindən öyrənilməsi baxımından səmərəli olacağını qeyd ediblər.

Professor Bilal Kemikli “Sirri faş etmək: təsəvvüf şeiri və Nəsimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, əslində, Nəsimi sirri faş etmirdi, o şeirlərində həqiqəti deyirdi.

Simpozium işini bölmə iclasları ilə davam etdirib. Ümumilikdə 8 (səkkiz) bölmədə 31 məruzə dinlənilib.

R.Mehdiyeva
OXŞAR MÖVZULAR