Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

419 fərdi evə qaz verilib



Newscenter.az.30.10.2019. Oktyabrın 30-da Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə qaz verilib.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, bu gün aparılan tikinti-quraşdırma işləri başa çatdırılıb, qaz kəmərləri müvafiq qaydada istismara qəbul edilib. Layihə çərçivəsində 21 815 m uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 2 ədəd tənzimləyici və 56 ədəd siyirtmə quraşdırılıb. Şəhərin bu hissəsində 208 yeni tikilən fərdi ev qazla təmin olunub. Bu gün eyni zamanda Masallı rayonunun Xoşçobanlı kəndində də 211 fərdi evə qaz verilib.

Zaur
Xəbəri paylaş