Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təyyarə yaşayış evinə düşdü, ölən var

Təyyarə yaşayış evinə düşdü, ölən var


Newscenter.az.30.10.2019. ABŞ-da təyyarə qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Nyu-Cersi ştatında baş verib. İki mühərrikli "Cessna 414" təyyarəsi Koloniya şəhərində yaşayış evinə düşüb. Nəticədə təyyarənin pilotu həlak olub. Hadisə zamanı 2 ev yanıb.

Qeyd edilir ki, təyyarə Virciniya ştatının hava limanından səmaya qalxıb. Vudbric şəhərinin meri bildirib ki, hadisə zamanı evlərin sakinləri arasında xəsarət alan olmayıb.
Xəbəri paylaş