Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA əməkdaşları halı pisləşən xanıma ilkin tibbi yardım göstərib



Newscenter.az.13.11.2019. Bu gün səhər metronun “Koroğlu” stansiyası yaxınlığında halı pisləşən vətəndaş Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Agentlikdən Newscenter.az-a bildirilib ki, ərazidən keçən minik avtomobillərinin birində olan xanımın qəflətən halı pisləşib. Həmin vaxt ərazidə xidməti vəzifəsini yerinə yetirən əməkdaşlarımız dərhal həmin şəxsə ilkin tibbi yardım göstərib və təcili tibbi yardıma müraciət ediblər. Eyni zamanda təcili tibbi yardım avtomobilin əraziyə maneəsiz yaxınlaşması üçün zəruri tədbirlər göürülüb. Onların köməkliyi ilə həmin şəxs xəstəxanaya çatdırlıb.

Anar
Xəbəri paylaş