Impera

XƏBƏR LENTİ
13:22Xaçmazdan olan dərzi yerli sakinlər üçün təmənnasız tibbi maskaları tikmək kimi təşəbbüslə çıxış edib13:00Cari ilin I rübündə Energetika Nazirliyinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 2094 müraciət daxil olub12:42Erməni terrorizminin əsil simasını ifşa edən siyasət12:20Paytaxt polisindən vətəndaşlara müraciət: "Özünütəcrid tədbirlərinə uyğun davransınlar"12:00Könül Nurullayeva: ”Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur”11:45Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək11:21Prezident Meliorasiya və Su Təsərrüfatı ASC-yə 700 min manat ayırıb11:15“Topal” ləqəbli narkotacir həbs edildi11:06İsraildə koronavirusa yoluxanların sayı 5 minə çatır11:02Bakıda qaydaları pozan 313 nəfər cəzalandırıldı10:45Müdafiə Nazirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı film hazırlayıb - VİDEO10:00İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib09:30Atəşkəs rejimi 22 dəfə pozulub09:00DSX: Ermənistana diversiyanın keçirilməsi barədə məlumat yalandır00:07Birinci vitse-prezident Mehriban Əliyeva: "Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"00:04Azərbaycanlılara qarşı soyqırımından 102 il ötür23:19Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü23:01Mikayıl Cabbarov: "Koronavirusun 11 fəaliyyət istiqamətinə təsirini 100% müəyyənləşdirmişik"22:50Daha bir ölkədə koronavirusa yoluxma aşkarlandı22:35Evlərdə repetitorluq xidmətləri qadağan olundu22:18Türkiyədə koronavirusa yoluxanların sayı on mini ötdü22:00Düşmən təxribatının qarşısı alınıb21:39Mənzillərdə ad günü, toy, nişan keçirmək qadağan edildi21:16Xüsusi rejim vaxtı fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı hazırlanır20:55Nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalır20:46Bir çox iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır - SİYAHI20:40İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər20:30Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər20:24Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu19:48Naxçıvan Qarnizonunda möhkəm müdafiə potensialı yaradılıb - VİDEO19:32Dövlət Agentliyinin sədr müavini Nepalın nüfuzlu jurnallarına müsahibə verib19:19Səhiyyə Nazirliyi: Daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik18:48Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi18:34“Fövqəladə vəziyyət haqqında” qanunun icrası ilə bağlı fərmana dəyişiklik edildi18:18Azərbaycanda anbarlarda qalan malların onlayn satışına icazə verildi17:50İsmayıllıda Kornovirus infeksiyasına qarşı tədbirlər davam etdirilir17:34"Bibiheybət yolu"nda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb17:17Bakı metropoliteni stansiyalarına girişdə istiqamətləndiricilər qoyulub17:10Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu keçirilib16:49İsmayıllıda aztəminatlı ailələrə və yaşlılara yardım edilib16:37Azərbaycanda koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb16:29Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub15:51Gömrük Komitəsi ittihamları təkzib edir15:27"ASAN Xidmət" koronavirusa görə loqosunda dəyişiklik etdi15:16Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı yeni qərar15:10Bakıda Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər15:03Çində yarasa ətinin satışı bərpa olundu14:26AMEA koronavirusa görə bağlandı14:05Yer kürəsinə komet yaxınlaşır13:52İranda koronavirusdan ölənlərin sayı 2 757 nəfərə çatdı13:302 000-dən çox vətəndaşın giriş-çıxışına icazə verilməyib13:12Quba Soyqırımı Memorialını onlayn ziyarət mümkün olacaq13:00Sabah hava necə olacaq?12:45KATV1 tərəfindən tibb işçilərinə dəstək12:34Tacikistanda təhsil imkanı12:30Şahmat üzrə onlayn yarış keçirilib12:15Nəqliyyat axınına müsbət təsir edən yol yenidən qurulub11:55Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO11:4565 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyacları www.asanmektub.az saytına yerləşdirilir11:29Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı11:14Deputatlar parlamentə maska ilə gəldi11:03“INNOLAND”də virtual tədbir keçirilib10:46Bakı Konqres Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 AZN məbləğində ianə ayırdı10:30Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib10:16Azərbaycanda bir sıra obyektlərin fəaliyyəti dayandırıldı09:25Atəşkəs rejimi 24 dəfə pozulub23:39Dünyada 634 835 nəfər koronavirusa yoluxub22:48Koronavirusa yoluxmuş Azərbaycan diaspor rəhbəri: "Fransada xəstəxanalarda vəziyyət olduqca acınacaqlıdır"22:38Paytaxtın müxtəlif ərazilərində dezinfeksiya işləri aparılır - VİDEO22:19İtaliyada bir gündə 700-dən çox şəxs koronavirusdan öldü21:55“Aşıq Şəmşir Mədəniyyət Ocağı”ından “Evdə qal, cəmiyyəti qoru” çağırışına dəstək-FOTOLAR21:46Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib21:14Türkiyədə koronavirusdan ölənlərin sayı 131 nəfərə çatdı20:41Koronavirusa görə vətəndaşlara pul yardımı ediləcək?20:11“ASAN xidmət”, “ASAN Kommunal” mərkəzləri fəaliyyətini xüsusi iş rejimində davam etdirir19:25Yeraltı piyada keçidlərindən çıxış məhdudlaşdırılıb.19:00Naxçıvanda koronavirusa yoluxma halı qeydə alınmayıb18:45Xeyirxahlıqdan uzaq, niyyətləri bəd-Vaqif Abdullayev yazır18:30Küçə və prospektlərin bəzi hissələrində orta təmir işləri görülür18:00Koronavirus hava yolu ilə yayılır?17:45Bibiheybətdə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır17:22Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı17:15“Azəriqaz" “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində müraciətlərin qəbuluna başlayıb17:05Bakıda yol təsərrüfatına ziyan vurulub16:55Koronavirus Azərbaycanda ərzaq qıtlığı yaratmayacaq16:45Rəsmi şəxslər karantindəki vətəndaşların saxlanma şəraitini araşdırıblar16:30Polislər əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər görür16:15Vergi orqanlarına işə qəbul imtahanı təxirə salındı16:12İtlər koronavirusun aşkarlanmasında yardımçı ola bilər?16:00Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub15:55Məcburi köçkünlərin yaşadığı yerlər dezinfeksiya olunur15:43İspaniya şahzadəsi Mariya Tereza koronavirusdan öldü15:30Bakıda daha 5 xüsusi ekspres marşrut xətti təşkil edilir15:17Milli Məclisdə ilk dəfə videokonfrans keçirildi15:12Şəfiqə Məmmədova “Əmək” ordeni ilə təltif edildi14:45Vergilərin ödənilməsi müddəti uzadıldı14:27DANX sürücülərə müraciət etdi14:18DANX nəzarət tədbirlərini gücləndirdi14:11Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı13:57DANX distant xidmətə keçir
BÜTÜN XƏBƏRLƏR
Mart 2020 (1196)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)
Ekim 2019 (779)

«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Prezident Münhendə dəyirmi masada iştirak edib

14 Fevral 2020, 21:05   


Newscenter.az.14.02.2020. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak edib.

Dövlət başçısı dəyirmi masada çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Ötən il ölkəmiz və düşünürəm ki, Avropanın enerji təhlükəsizliyi üçün əlamətdar olub. Çünki biz tərəfdaşlarımızla birlikdə artıq Türkiyə-Yunanıstan sərhədinə çatan, əsas qaz kəməri olan TANAP-ı uğurla başa çatdırdıq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizinin dörd seqmentindən üçü artıq uğurla tamamlanıb. Sonuncu seqmentə gəlincə, TAP layihəsi bu ilin sonunda tamamlanacaq. Beləliklə, 3,5 min kilometr uzunluğunda inteqrasiya olunmuş kəmər sistemi artıq istismara veriləcək. Bu, regionumuzda əsas infrastruktur layihələrindən biridir. Bu, əlbəttə ki, bizim üçün, tərəfdaşlarımız üçün, Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdir.

Bu ayın sonunda biz görülən işləri nəzərdən keçirmək və növbəti dövr üçün görüləcək işləri planlaşdırmaq məqsədilə hər il Bakıda keçirdiyimiz ənənəvi Cənub Qaz Dəhlizi Məşvərət Şurasına ev sahibliyi edəcəyik. Ümidvaram ki, iştirakçıların sayı çox olacaq. Bu gün biz gələcək layihələrimizlə bağlı yeni ölkələrlə işləyirik. Çünki Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanı birləşdirir. Üç Balkan ölkəsi isə - Bosniya və Herseqovina, Monteneqro və Xorvatiya - bu üç ölkənin ərazisindən keçən, xüsusilə İonik-Adriatik kəmərinin tikintisini nəzərdə tutan ikinci fazada layihəyə qoşulmaqla bağlı artıq bizimlə Anlaşma Memorandumu imzalayıblar. Texniki nöqteyi-nəzərdən bu, mümkündür, qaz ehtiyatları baxımından da. Biz hasilatı artırmışıq və əlbəttə ki, Avropa Komissiyası tərəfindən daha yüksək dəstəyə ehtiyac olacaq. Çünki əgər bu layihə də Avropa İttifaqının ümumi maraqlarına uyğun layihələr siyahısına daxil edilsə, onun həyata keçirilməsi daha sürətli olacaq. Bizimlə Cənub Qaz Dəhlizi üzərində işləyən bəzi ölkələrin tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı olacaq. Alternativ mənbə təkcə marşrut deyil. Çünki təhlükəsizlikdən danışanda biz mənbədən danışmalıyıq. Bizim timsalımızda Azərbaycan qazının Avropa bazarına, Türkiyə bazarına nəqli yeni mənbə və yeni marşrutdur. Düşünürəm ki, bu, bizim layihəmizin üstünlüyüdür və buna görə də Avropa İttifaqı ona güclü dəstək verir. Bu səbəbdən də yekun tamamlanma işlərinin bu ilin sonunadək olacağına baxmayaraq, biz Cənub Qaz Dəhlizini artıq tamamlanmış layihə hesab edə bilərik.

Bu arada, Azərbaycan çox sabit neft təchizatçısı olaraq qalır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin açılışından bəri heç bir fasilə, fors-major və ya problem baş verməyib. Geosiyasi və texniki nöqteyi-nəzərdən onu da həyata keçirmək çox çətin idi, çünki ilk dəfə olaraq o, Xəzər və Aralıq dənizlərini birləşdirirdi.

Bəzi ölkələr üçün, o cümlədən Avropa ölkələri üçün Azərbaycan qazı onların istehlakının təxminən 40 faizini təşkil edir. Ona görə də biz neft təchizatçısı kimi etibarlı tərəfdaş olmağa davam edəcəyik. Bu yaxınlarda biz BP şirkəti ilə müqaviləni uzatmışıq. 2050-ci ilədək bizim nisbətən sabit istehsal profilimiz olacaq. Ona görə də yeni layihələrin kəşfiyyat işləri aparılır. Hazırda biz, belə demək mümkündürsə, neft bumunun ikinci fazasını yaşayırıq, bir çox şirkətlər, böyük şirkətlər geri qayıdaraq yeni layihələrə cəlb olunur və bu da bizə istehsal profilini saxlamaqla yanaşı, həm də onu artırmaq imkanını verəcək.

Biz “OPEC+”un fəal üzvüyük. Onların görüşlərindən biri bizim dəvətimizlə Bakıda keçirilib. Həmçinin 2016-cı ildə Davosda “Neftin qiyməti ilə bağlı nə etmək olar” sualı veriləndə mən dedim, yaxşı olar ki, əsas qeyri-OPEC ölkələri və OPEC ölkələri bir araya gələrək razılaşsınlar. Mən şadam ki, bu, baş verdi. Düşünürəm ki, bu, davam etməlidir. Xüsusilə indi bu koronavirus vəziyyəti ilə bağlı, - cənab Birol çox maraqlı məlumat verdi, - neft istehsal edən ölkələrdə bütün çətinliklərə baxmayaraq, neftin qiymətinin nəyə görə aşağı olması və bundan da aşağı səviyyəyə düşə bilməsini nəzərə alaraq düşünürəm ki, “OPEC+” əməkdaşlığının davam etdirilməsi çox vacibdir. Çünki bu gün bizdə vəziyyət elədir ki, OPEC və qeyri-OPEC ölkələri bir təşkilatda fəaliyyət göstərir. Bizim bundan başqa belə təşkilatımız və əməkdaşlığımız yoxdur. Bəzən bir təşkilat daxilində razılığa gələ bilmirlər. Bizdə isə bu nadir format var və biz bunu əldən buraxmamalıyıq.

Son olaraq bərpaolunan enerji ilə bağlı. Azərbaycanda da buna böyük diqqət yetirilir. Bizim planımız 2030-cu ilə qədər elektrik enerjisinin 30 faizini bərpaolunan enerji hesabına ödəməkdir. Bu ilin yanvarında biz külək və günəş enerjisi ilə işləyən 440 meqavatlıq stansiyaların tikintisi ilə bağlı bərpaolunan enerji üzrə ixtisaslaşmış aparıcı şirkətlərlə iki müqavilə imzalamışıq. Bu işlər tamamilə xarici investisiyalar hesabına görüləcək və bizim bununla bağlı azı əlavə 5 təklifimiz var. Bizim ölkə neft, qaz, günəş, küləklə zəngindir. Külək enerjisi stansiyalarından bir neçəsi Xəzər dənizində qurula bilər. Bunun üçün böyük imkan var. Lakin mən tamamilə əminəm ki, biz bunu ehtiyatla etməliyik. Çünki bu 440 meqavatlıq enerji stansiyası bizim sistemimizə dərindən inteqrasiya olunmalıdır ki, küləkli və günəşli hava olmayanda elektrik enerjisinin təchizatında heç bir fasilə yaranmasın və elektrik təchizatı kəsilməsin. Bu məsələni diqqətə çatdırmaq üçün yaratdığınız imkana görə təşəkkür edirəm.
OXŞAR MÖVZULAR