Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda polis qardaşı tərəfindən öldürülüb



Newscenter.az.25.02.2020. Bakıda 31 yaşlı şəxs qardaşını qətlə yetirib.

“Report”un xəbərinə görə, hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Araz Ramazanov mübahisə zəminində qardaşı, Nəsimi Rayon Pollsi İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Araz Ramazanov saxlanılıb.
Xəbəri paylaş