Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2020-ci il üzrə qazlaşdırma işlərinə start verildi



Newscenter.az.3.03.2020. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 02 mart 2020-ci il tarixdə imzaladığı sərəncama əsasən 4 şəhər və rayon üzrə 6 yaşayış məntəqəsində 1700-dən çox fərdi yaşayış evi təbii qazla təmin olunacaq. Sərəncam əsasında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, Gəncə şəhəri Şıxzamanlı və Cavadxan qəsəbələrinin yeni yaşayış massivlərində 980-ə yaxın fərdi ev, Daşkəsən rayonunun Aşağı Daşkəsən və Kəmərqaya kəndlərində 200-dən artıq fərdi ev, eyni zamanda Göygöl rayonunun Toğanalı kəndində 390-a və Samux rayonunun Sərkar kəndi ərazisindəki yeni massivdə 150-ə yaxın fərdi ev qazlaşdırılacaq.

Zaur
Xəbəri paylaş