Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neft Fondunda yeni təyinat



Newscenter.az.3.03.2020. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 mart 2020-ci il tarixli 1871 nömrəli Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Dövlət Neft Fondundan Newscenter.az-a bildirilib ki, R. Cavadov 2014-cü ildən hazırki tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb

Ayan
Xəbəri paylaş