Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident 4 rayonda qazlaşdırılma işlərinə vəsait ayırdı

Prezident 4 rayonda qazlaşdırılma işlərinə vəsait ayırdı


Newscenter.az.3.03.2020. Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 8,19 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.
Xəbəri paylaş