Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Həsənov ön idarəetmə məntəqəsində olub - VİDEO



Newscenter.az.3.03.2020.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsində səhra şəraitində yaradılan ön idarəetmə məntəqəsində olub.

Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ön idarəetmə məntəqəsində videokonfrans vasitəsilə Müdafiə nazirinə təlimin hazırkı vəziyyətilə bağlı məruzələr edilib.

Sonda Müdafiə naziri əsas və ehtiyat idarəetmə məntəqələrində yaradılmış qrupların fəaliyyətini izləyib.
Xəbəri paylaş