Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

60 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılır

60 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılır


Newscenter.az.4.04.2020. Hazırda dünya ölkələrinin 80%-dən çoxu (164 ölkə) Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) və 111 ölkə Kasetli Silahlara dair Konvensiyanın üzvüdür. Bu barədə Newscenter.az-a məlumat verən Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 32 dövlət Ottava Konvensiyasına qoşulmayıb:

“Son hesabatlara görə 60 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılır, milyardlarla ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub. Bu Konvensiyaların qəbul olunmasından sonra yüz kilometrlərlə ərazi bu silah-sursatların təsirindən təmizlənib, 160 milyon ədəd mina və kasetli silah məhv edilib”.

Hafiz Səfixanov deyib ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi (MƏAK İB) Azərbaycanın da bu problemlə üzləşdiyini nəzərə alaraq öz təhqiqatlarını və layihələrini həyata keçirməkdə davam edir. Azərbaycan Respublikası hazırkı hərbi—siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına və Kasetli Silahlara dair Konvensiyaya qoşulmasa da bu sənədlərdən irəli gələn vəzifələri yerinə yetirir.

Mehman
Xəbəri paylaş