AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək
Tarix: 4-04-2020, 12:55
Newscenter.az.4.04.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003-Çağrı Mərkəzi yeni elektron sistemin tətbiqi ilə əlaqədar olaraq 4 aprel 2020-ci il tarixdə, saat 18:00-dan 21:00-dək fasilələrlə öz fəaliyyətini davam etdirəcək.
Agentlikdən Newscenter.az-a daxil olan məlumata görə, vətəndaşlardan mövcud vəziyyəti nəzərə almaqla, həmin müddət ərzində müraciətlərini onlayn şəkildə AQTA-nın rəsmi saytı (www.afsa.gov.az) və ya qurumun rəsmi "Facebook" səhifəsi vasitəsilə (facebook.com/afsa.gov.az) göndərmələri xahiş olunur.
Orxan











































